“Dinamo”nu Bakıda yaxından görmək istəyənlər üçün mühüm məlumat

23:00 Gündəm 116
“Dinamo”nu Bakıda yaxından görmək istəyənlər üçün mühüm məlumat

Konfrans Liqasında mübarizə aparan “Qarabağ” cümə axşamı Kiyev “Dinamo”sunu qəbul edəcək.

Ötən həftə Polşadakı “Lublin Arena”da 1:0 hesabı ilə qələbə qazanan Ukrayna nəhəngi Bakıya səfərə hazırlaşır.

“Dinamo”nu gətirəcək çarter reysli təyyarə avqustun 11-i axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.

Nümayəndə heyəti hava limanından birbaşa otelə - Bakının dəbdəbəli məkanlarından sayılan “Hilton”a yola düşəcək.Həmin günə heç bir plan nəzərdə tutulmayıb, dincəlmək üçün zaman veriləcək.

Odur ki, tarixi “Dinamo”nun məşqçi və futbolçu heyəti ilə şəkil çəkdirmək istəyən stajlı azarkeşlər “Hilton”un yolunu tutmalıdır.

Ertəsi, yəni avqustun 12-də saat 17:00-da rəqib komandanın baş məşqçisi İqor Kostyuk Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.

Bundan yarım saat sonra sözügedən stadionda“Dinamo”nun açıq məşqi baş tutacaq.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək cavab oyunu saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti