Yay transfer bazarının passiv klublarından sayılan "Turan Tovuz" mövsümün startına sayılı günlər qalmış növbəti keçidi bitirib.
Bölgə klubu ötən sezonu "Araz-Naxçıvan"da keçirən Rahil Məmmədovla anlaşıb.
O Məmmədov ki, karyerasının heç də yaxşı günlərini yaşamır.
Başa çatan sezon formasını geyindiyi Muxtar respublika təmsilçisi uğursuzluq yaşadı.
31 yaşlı stoper isə dəfələrlə etdiyi xətalarla ön plana çıxdı.
Hədəfi çempionluq olan "Turan Tovuz"un belə bir müdafiəçi ilə güclənmək qərarı azarkeşləri də narazı salıb.
Məmmədovun transferinə etiraz edən yerli publika öz mövqeyini şərhlərdə açıq-aşkar ortaya qoyub.
Çoxsaylı rəylərin bəzilərini sizə təqdim edirik:
"Şəhriyar Əliyev qalmışdı da...".
"Bu nə vaxt futbolçu olacaq?".
"Çempionluq, medal istəyiriksə, doğru seçim deyil".
"Heç yaraşmadı".
"İrəli getmək istəyən komandanın transfer siyasəti belə olmalı deyil".Yay transfer bazarının passiv klublarından sayılan "Turan Tovuz" mövsümün startına sayılı günlər qalmış növbəti keçidi bitirib.
Bölgə klubu ötən sezonu "Araz-Naxçıvan"da keçirən Rahil Məmmədovla anlaşıb.
O Məmmədov ki, karyerasının heç də yaxşı günlərini yaşamır.
Başa çatan sezon formasını geyindiyi Muxtar respublika təmsilçisi uğursuzluq yaşadı.
31 yaşlı stoper isə dəfələrlə etdiyi xətalarla ön plana çıxdı.
Hədəfi çempionluq olan "Turan Tovuz"un belə bir müdafiəçi ilə güclənmək qərarı azarkeşləri də narazı salıb.
Məmmədovun transferinə etiraz edən yerli publika öz mövqeyini şərhlərdə açıq-aşkar ortaya qoyub.
Çoxsaylı rəylərin bəzilərini sizə təqdim edirik:
"Şəhriyar Əliyev qalmışdı da...".
"Bu nə vaxt futbolçu olacaq?".
"Çempionluq, medal istəyiriksə, doğru seçim deyil".
"Heç yaraşmadı".
"İrəli getmək istəyən komandanın transfer siyasəti belə olmalı deyil".
"Hücumçu, yarımmüdafiəçi, "10 nömrə" yoxdur. Nə düşünürsünüz bilmirəm".
"Çin səddi yığırlar".
"Əsas problem hücumdadır, ancaq hələ də hücumçu alan yoxdur".

XANOĞLAN/ SPORTİNFO.AZ