Millinin müdafiəçisi 10 min üçün aşağı liqaya enmədi

10 Avqust 09:40 Hadisə 1 179
Millinin müdafiəçisi 10 min üçün aşağı liqaya enmədi

Millinin müdafiəçisi Rahil Məmmədovun klubsuz günləri başa çatıb.

"Turan Tovuz" heyətini onunla gücləndirib.

Bölgə təmsilçisi millinin müdafiəçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən Rahil karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.

Daha əvvəl "Şəfa", "Şamaxı" və "Kəpəz" də Məmmədovun xidmətində maraqlı idi.

Amma "Neftçi"nin yetirməsinin yüksək əməkhaqqı tələbi anlaşmanı əngəlləmişdi. "Turan"dan öncə "Səbail" ona dəvət göndərib.

Premyer Liqaya iddialı I Liqanın iştirakçısı yığmanın üzvünə nə az, nə çox, düz 10 min manat əməkhaqqı təklif edib.

Səbəbkar aşağı liqada oynamağı özünə sığışdırmadığından, bu pulu əlinin arxasıyla yana itələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi