“Neftçi”nin baş məşqçisi işini sevir, günün böyük hissəsini bazada keçirir”

10 Avqust 23:40 Neftçi 200
“Neftçi”nin baş məşqçisi işini sevir, günün böyük hissəsini bazada keçirir”

“Yuri Nikolayeviç həqiqətən işini sevən adamdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin futbol akademiyasının koordinatoru Sənan Qurbanov deyib.

O bildirib ki, əsas komandanın baş məşqçisi Yuri Vernidubla görüşləri, müzakirələri olur.

Ukraynalı çalışdırıcı bəzən akademiya komandalarının məşq və oyunlarını izləməyə imkan tapır:

“Həssas məqamda “Neftçi”yə gəlməsinə baxmayaraq, ilk günlərdən əvəzedici heyət, akademiya və komandalarla maraqlanmağa başladı.

Təcrübəsi və dünya görüşü dərhal hiss olunur. Əvəzedici heyətdə top qovan uşaqları diqqətdə saxlamağa çalışır.

Hətta özü olmayanda belə, köməkçilərini göndərir, onlardan soruşur, maraqlanır. Bir neçə dəfə bizimlə ayrı-ayrı futbolçularla əlaqəli müzakirələri olub, nələrisə maraqlanıblar.

Günün böyük hissəsini bazada keçirir deyə, təkcə əsas komandanın məşqləri ilə kifayətlənmir. İmkan düşdükcə əvəzedicilərlə və digər kommandalarla maraqlanır, futbolçuları tanımağa çalışır.

Gənclərin Sloveniya toplanışına aparılması, mövsümboyu əsas komanda ilə məşq etməsi də şəxsi istəyidir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!