Premyer Liqaya iddialı klubda birdən-birə dörd əcnəbi hücumçu

10 Avqust 01:10 I Divizion 627
Premyer Liqaya iddialı klubda birdən-birə dörd əcnəbi hücumçu

“Səbail” 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Bakı klubu 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. O, yeni mövsümdə “Səbail”in heyətində 99 nömrəli forma ilə çıxış edəcək.

Paytaxt təmsilçisinin digər yeni transferi Portuqaliyanın “Braqa” klubunun yetirməsi Yan Saiddir.

23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində 79 oyuna çıxıb və 15 qol vurub. O, “Səbail”də 9 nömrəli formanı geyinəcək.

“Səbail” daha bir hücumçunu heyətinə qatıb. Son olaraq Lüksemburqun “Düdelanj” klubunda çıxış etmiş 26 yaşlı Aldo Josue Qomes Soares (Dinho) ilə də müqavilə imzalanıb.

O, ötən mövsüm “Düdelanj”ın heyətində 22 oyunda 7 qol vurub. Futbolçu yeni komandasında 80 nömrəli forma ilə çıxış edəcək.

Bakı klubunun digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirən 23 yaşlı Peter Agblevordur. Onunla 1+1 illik müqavilə imzalanıb.

Agblevor yeni mövsümdə “Səbail”in heyətində 22 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi