Azərbaycanda 125 oyun keçirən əcnəbi “Araz”ın sahilində

11 Avqust 01:20 Araz-Naxçıvan 1 140
Azərbaycanda 125 oyun keçirən əcnəbi “Araz”ın sahilində

“Araz-Naxçıvan” heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinasən xəbər verir ki, Boyan Letiçlə 1 mövsümlük müqavilə imzalanıb.

33 yaşlı sol cinah müdafiəçinin son klubu “Sabah” olub.

O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyinib.

Bosniyalı 2022-ci ilin fevral ayından bu ilin yanvarına qədər "Sabah"da çıxış edib. O, paytaxt klubunda ümumilikdə 125 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM