Azərbaycan futbolunda növbəti GÜLÜNC QƏRAR - VİDEO

21:00 Sportinfo TV 190
Azərbaycan futbolunda növbəti GÜLÜNC QƏRAR - VİDEO

“Sabahın ulduzları” Baku Kubokunun U-14 yaş qrupunda 2-ci tura start verilib.

Tur çərçivəsində “Zirə” “Vətən”lə üz-üzə gəlib.

"Qartallar"ın 0:1 məğlub olduğu görüşün 35-ci dəqiqəsində kobud hakim səhvi diqqət çəkib.

Belə ki, "Zirə"nin oyunçusunun qolu ofsayd səbəbindən qeydə alınmayıb.

Hakimlər epizoda nə az, nə çox 5 dəqiqə baxaraq bu qərarı verib.

"CBC Sport"dan canlı yayımlanan oyunun gedişində təkrar-təkrar ekrana gələn qol epizodunda ofsaydın olmadığı aşkar görünür.

Amma niyəsə VAR-da oturan referilər 5 dəqiqəlik məşvərətdən sonra qolu ləğv edir.

Bu hələ canlı yayımla təqdim edilən, VAR-ın tətbiq olunduğu oyunda verilən qərardır.

Görün, il ərzində çəkilişin olmadığı, VAR-dan istifadə edilməyən aşağı yaş qruplarının oyunlarında hakimlər nələr edir.

Hansı oyunlardan çıxır.

İllərdi bu barədə şikayətlər alırıq, narazılıqlar eşidirik.

"Zirə" - "Vətən" oyununda başverənlər şikayətlərin əsassız olmadığını göstərdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq haqqında bəhs etdiyimiz videonu izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti