Azərbaycan millisinin oyunçusu Avropada MVP-si seçildi - FOTOLAR

10 Avqust 07:20 Basketbol 358
Azərbaycan millisinin oyunçusu Avropada MVP-si seçildi - FOTOLAR

U-18 qızlardan ibarət Azərbaycan millisinin üzvü Polina Şukina Avropa çempionatının B divizionunda Norveç yığmasına qarşı keçirilən oyunun ən dəyərli basketbolçusu (MVP) seçilib.

Sportinfo.az xəbər verir ki, Şukina görüşü 25 xal və 22 ribaundla başa vuraraq “double-double” edib.

Basketbolçu, həmçinin 43 effektivlik xalı toplayıb və bu göstərici ilə qarşılaşmanın MVP-si seçilib.

Azərbaycan millisi Norveç seçməsini 77:48 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi