Avropa klubu yeni transferini İçərişəhərdə tanıtdı - VİDEO

9 Avqust 22:05 Hadisə 442
Avropa klubu yeni transferini İçərişəhərdə tanıtdı - VİDEO

BATE maraqlı addımla diqqət çəkib.

Belarus nəhəngi yeni transferi Yuri Kovalyovun təqdimat videosunu Bakıda hazırlayıb.

Bunun üçün Bakının simvollarından olan İçərişəhər seçilib və təqdimata bu cemlə əlavə edilib:

“Həyatın özü klassik ssenariləri təkrarladığı an”.

Paylaşımın mənası 1968-ci ildə İçərişəhərdə çəkilmiş “Brilyant əl” sovet komediyası ilə əlaqəndirilib.

Filmdə baş qəhrəman Yuri Nikulin Kiçik Qala küçəsində sürüşərək yıxılır və sonradan məşhurlaşan “Черт побери” (Lənət olsun!) ifadəsini işlədir.

Bu dəfə Nikulinin BATE-dəki adaşı Yuri Kovalyov sürüşərək yıxılır və klubun digər rəsmisi ona ayağa qalxmağa kömək edərək “Bura BATE-dir!” deyir.

Bir sözlə, klassikaya söykənən paylaşım kifayət qədər maraqlı alınıb.

Maraq üçün bildirək ki, BATE ev oyunlarını Azərbaycanda keçirir.

Videonun belarusluların Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Elbasani” ilə Sumqayıtda qarşılaşdığı oyundan sonra çəkildiyi ehtimal olunur.

Maraq üçün bildirək ki, Albaniya klubunu mübarizədən kənarlaşdıran “sarı-göylər” növbəti mərhələdə İsveçrə “Syon”u ilə qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!