Yığmamızın mərkəz oyunçusu Azərbaycanı təmsil etmək hüququ qazandı

08:30 Basketbol 107
Yığmamızın mərkəz oyunçusu Azərbaycanı təmsil etmək hüququ qazandı

Emmanuel Aqbason dünyanın müxtəlif ölkələrindən ən istedadlı gənc basketbolçuları bir araya gətirən Basketball Without Borders (BWB) proqramında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

bu beynəlxalq proqram NBA və FIBA tərəfindən birgə həyata keçirilir.

Proqram gənc basketbolçular üçün yüksək səviyyəli məşqlərdə iştirak etmək, dünyanın müxtəlif ölkələrindən olan həmyaşıdları ilə mübarizə aparmaq, NBA və FIBA məşqçilərindən öyrənmək və öz inkişaflarını davam etdirmək üçün xüsusi imkan yaradır.

Emmanuel Aqbason Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisinin mərkəz oyunçusudur.

Aqbason FIBA U-18 Avropa çempionatının B divizionunda ribaund və blok göstəricilərinə görə rekorda imza atıb.

O, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışın qrup mərhələsində Portuqaliya ilə oyunda 18 xal və 12 ribaundla qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!