Nazirlik Qarabağın qapısını ikinci klubun üzünə açdı

10 Avqust 10:40 I Divizion 2 801
Nazirlik Qarabağın qapısını ikinci klubun üzünə açdı

İki illik genişmiqyaslı təmirdən çıxan Xankəndi şəhər stadionu ikinci klubun istifadəsinə verilib.

«Xankəndi» ilə yanaşı, MOİK buradan istifadə edəcək.

«Hərbçilər»in Gənclər və İdman Nazirliyi (GİN) ilə apardığı danışıqlar bu mənada uğurla yekunlaşıb.

GİN balansında olan arenanı Müdafiə Nazirliyinin klubunun icarə təklifini qəbul edib. Müddət 1 ildir.

«Xankəndi» II Liqanın çempionu olaraq I Liqaya birbaşa vəsiqə qazanıb. MOİK isə çempionatın daimi iştirakçısıdır.

Hər iki komanda hələlik oyundan-oyuna Qarabağ bölgəsinə yollanacaq,

Gündəlik məşqləri Bakıda keçəcək, yalnız ev matçından 1 gün qabaq işğaldan azad edilmiş regiona üz tutacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM