“Messinin yanına nə vaxt gedəcəyimizə qərar vermək üçün danışacam”

10 Avqust 12:20 Dünya futbolu 433
“Messinin yanına nə vaxt gedəcəyimizə qərar vermək üçün danışacam”

“Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredes Lionel Messinin atasının vəfatı haqda danışıb.

“İnter Mayami”nin hücumçusunun atası Xorxe Messi avqustun 8-də, 68 yaşında vəfat edib.

O, uzun müddət ciddi xəstəliklə mübarizə aparıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Messi ilə Argentina millisində komanda yoldaşı olan Paredes bunu deyib:

“Hələ də Messi ilə danışa bilməmişəm. Bu çətin dövrdə yanında ola bilmək üçün onun Argentinaya gəlməsini gözləyirik.

Messinin yanına nə vaxt gedəcəyimizə qərar vermək üçün bəzi komanda yoldaşlarımla danışacam”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!