Yeni mövsüm bizi gözləyən böyük təhlükə - Liqa iki hissəyə bölünəcək?

20:40 Premyerliqa 208
Yeni mövsüm bizi gözləyən böyük təhlükə - Liqa iki hissəyə bölünəcək?

Azərbaycan Premyer Liqasında yeni mövsümün startına 2 həftədən də bir qədər az vaxt qalır.

Böyük ölçüdə klublar formalaşıb.

Sınaq matçları geridə qaldı.

Yeni mövsümlə bağlı müəyyən portret cızmaq olar.

Daxildən gələn informasiyalar, edilən transferlər heç də xoş gələcəkdən xəbər vermir.

Klublarımızın az qala yarısı Portuqaliya, Braziliya üçüncü liqalarından gələn futbolçularla güclənir.

Səviyyə artmaq əvəzinə, geriyə gedir.

Xüsusilə ortabab və autsayderlər normal transfer etməkdə çətinliklərlə üz-üzədir.

Əvvəlki illərdə zəif büdcəsi olan ortabablar da avrokuboklar hədəfi ətrafında birləşə bilirdi.

Biz bu yay fasiləsində həmin istəyi ortabab saydığımız klublarda görə bilmədik.

Hər halda, edilən transferlər, daxildən gələn informasiyalar onu göstərir ki, yeni mövsüm heç vaxt olmadığı qədər təbəqələşmə olacaq.

Liqa iki yerə bölünəcək - varlılar və kasıblar.

Çempionluq mübarizəsində böyük ehtimal "Qarabağ" və "Sabah" sona qədər duruş gətirəcək.

"Zirə", "Neftçi", "Turan Tovuz" avrokuboklar yolunda mübarizə aparacaq.

Digər 7 klub - "Şəfa", "Kəpəz", "Şamaxı", "Araz Naxçıvan", "Qəbələ", "İmişli" və "Sumqayıt"ın birinci hədəfi liqada qalmaq olacaq.

Ən yaxş halda 7-lik içində favorit ola bilərlər.

Yuxarıdakı beşlik isə müəyyən oyunlarda olacaq sensasiya xaric əksər matçlarda qeyd etdiyimiz yeddiliyə 3 xal gözü ilə baxacaq.

Bu isə o deməkdir ki, yuxarılarla aşağılar arasındaa uçurum yaranacaq.

Belədə bəzi qarşılaşmalar maraqsız, formal xarakter daşıya bilər.

Təbii ki, sadaladıqlarımız bizim ehtimal etdiyimiz təhlükədir.Azərbaycan Premyer Liqasında yeni mövsümün startına 2 həftədən də bir qədər az vaxt qalır.

Böyük ölçüdə klublar formalaşıb.

Sınaq matçları geridə qaldı.

Yeni mövsümlə bağlı müəyyən portret cızmaq olar.

Daxildən gələn informasiyalar, edilən transferlər heç də xoş gələcəkdən xəbər vermir.

Klublarımızın az qala yarısı Portuqaliya, Braziliya üçüncü liqalarından gələn futbolçularla güclənir.

Səviyyə artmaq əvəzinə, geriyə gedir.

Xüsusilə ortabab və autsayderlər normal transfer etməkdə çətinliklərlə üz-üzədir.

Əvvəlki illərdə zəif büdcəsi olan ortabablar da avrokuboklar hədəfi ətrafında birləşə bilirdi.

Biz bu yay fasiləsində həmin istəyi ortabab saydığımız klublarda görə bilmədik.

Hər halda, edilən transferlər, daxildən gələn informasiyalar onu göstərir ki, yeni mövsüm heç vaxt olmadığı qədər təbəqələşmə olacaq.

Liqa iki yerə bölünəcək - varlılar və kasıblar.

Çempionluq mübarizəsində böyük ehtimal "Qarabağ" və "Sabah" sona qədər duruş gətirəcək.

"Zirə", "Neftçi", "Turan Tovuz" avrokuboklar yolunda mübarizə aparacaq.

Digər 7 klub - "Şəfa", "Kəpəz", "Şamaxı", "Araz Naxçıvan", "Qəbələ", "İmişli" və "Sumqayıt"ın birinci hədəfi liqada qalmaq olacaq.

Ən yaxş halda 7-lik içində favorit ola bilərlər.

Yuxarıdakı beşlik isə müəyyən oyunlarda olacaq sensasiya xaric əksər matçlarda qeyd etdiyimiz yeddiliyə 3 xal gözü ilə baxacaq.

Bu isə o deməkdir ki, yuxarılarla aşağılar arasındaa uçurum yaranacaq.

Belədə bəzi qarşılaşmalar maraqsız, formal xarakter daşıya bilər.

Təbii ki, sadaladıqlarımız bizim ehtimal etdiyimiz təhlükədir.

Belə olmasını nə istəyir, nə də arzulayırıq.

Əsl həqiqət isə liqanın startından sonra tam aşkara çıxacaq.

Gözləyək.

Ümid edək ki, bu proqnozumuz özünü doğrultmaz. Çünki Azərbaycan futbolunun ehtiyacı uçuruma yox, sərt rəqabətədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti