Azərbaycandan çıxıb getdi və sükutu pozdu - O, kimlərin adını çəkdi?

20:40 Müsahibə 119
Azərbaycandan çıxıb getdi və sükutu pozdu - O, kimlərin adını çəkdi?

Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirəcək.

Buna qədər “Zenit”, “Rubin”, “Krılya Sovetov”, “Dinamo Moskva”nın şərəfini qorumuş 30 yaşlı hücumçu qarşıdakı 1 ildə 1-ci liqa təmsilçisi “Soçi”nin formasını tərlədəcək.

Yeni klubu ilə anlaşan Şeydayev “Soçi”nin mətbuat departamentinin əməkdaşının suallarını cavablandırıb.

- Karyeranda ən vacib qol hansıdır?
- Yəqin ki, “Qarabağ”ın heyətində “Olimpiakos”a vurduğum qol.

- Oynadığın ən yaxşı stadion?
- Yəqin ki, “Metropolitano”.

- Karyeran boyunca ən yaxşı komanda yoldaşın?
- Ən çox xoşuma gələn futbolçu Danni olub. Onun oyunundan həqiqətən zövq alırdım (“Zenit”də komanda yoldaşı olublar – H.).

- Qarşılaşdığın ən güclü müdafiəçi?
- Mats Hummels.

- Oynadığın ölkələr arasında yaşamaq üçün ən yaxşısı?
- Rusiya və Azərbaycan. Şəxsən mənim üçün bu iki ölkədə yaşamaq çox rahatdır.

- Rusiya, Azərbaycan, Slovakiya, Türkiyə, Tayland… Ən dadlı mətbəx hansındadır?

- Azərbaycanda.
- Ən möhtəşəm futbol atmosferini hansı stadionda yaşamısan?
- Yəqin ki, “Olimpiakos”un stadionunda.

- Karyerandakı ən dəyərli titul?
- Rusiya millisinin heyətində 17 yaşadək futbolçular arasında Avropa çempionluğu.

- Karyerana ən çox təsir edən məşqçi?
- Uşaq futbolunda Dmitri İvanoviç Xomuxa və Vladislav Nikolayeviç Radimov. Böyük futbolda isə Qurban Qurbanov.

- Karyerandakı ən qeyri-adi səfər?
- Farer adalarına səfər.

- Bir oyunu yenidən oynamaq imkanın olsaydı, hansını seçərdin?
- Bu, yəqin ki, “Qarabağ”ın “Gent” ilə oyunu olardı. Avropa Liqasının 1/16 final mərhələsində oynayıb uduzmuşduq, 1/8-ə yüksələ bilməmişdik.

- “Soçi”dəki qarşıdakı mövsümü bir sözlə necə xarakterizə edərdin?
- Pley-offa vəsiqə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti