ABŞ-də Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edildi

10 Avqust 03:50 Digər növlər 279
ABŞ-də Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndələri Dünya Atletikasının rəhbərliyi ilə görüşlər keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə AAF-dan bildirilib.

ABŞ-nin Yucin şəhərində keçirilən U-20 dünya çempionatı çərçivəsində Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, baş katibi Məhərrəm Sultanzadə, idman işləri üzrə direktoru Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Maqsud Fərzullayev Dünya Atletikasının prezidenti Sebastian Coe ilə görüş keçiriblər.

AFF nümayəndələri, həmçinin Dünya Atletikasının yarışlarının idarə olunması şöbəsinin müdiri Pierce O"Callaghan, yarışlar və tədbirlər şöbəsinin direktoru Marton Gyulai və digər nümayəndələri ilə də görüşlər keçiriblər.

Görüşlərdə beynəlxalq yarışların təşkili, əməkdaşlıq imkanları və Azərbaycan atletikasının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi