Qurban Qurbanov üçün  çıxış yolu  - Ya oyanlıq, ya buyanlıq...

17:40 Qarabağ 133
Qurban Qurbanov üçün  çıxış yolu  - Ya oyanlıq, ya buyanlıq...

“Qarabağ” bu həftə həlledici matça çıxacaq.

Kiyev “Dianmo”su ilə cavab qarşılaşması Bakıda baş tutacaq.

Burada qeydə alınacaq oyun “ya olum, ya ölüm” xarakterlidir.

Polşadan 0:1 hesablı məğlubiyyətlə dönmüş “köhlan atlar” dogma azarkeşləri önündə revanş ala bilməsə, 12 illik ənənə pozulacaq.

Ötən illər ərzində daim avrokubokların qrup mərhələsində mübarizə aparmış “Qarabağ” ukraynalılara qalib gəlməlidir ki, Konfrans Liqasında varlığını sürdürsün.

Bakıda Qurban Qurbanov üçün əsas məsələ sadəcə daha çox hücumçu buraxmaq yox, strukturu dəyişərək, daha çox hücumçu ilə hücum etməkdir.

“Dinamo”nun 1:0 üstünlüyü fonunda orta və aşağı blokda daha uzun müddət qalması gözlənilir. Buna görə “Qarabağ”ın topu bir cinahda uzun müddət saxlaması Kiyev klubunun işini asanlaşdıra bilər.

Daha sürətli sağ-sol keçidlər, Zubirin 1v1 üçün yüksək mövqedə saxlanması, cinahda “2v1”lərin yaradılması və ikinci xəttdən cərimə meydançasına gecikmiş qaçışlar daha effektiv variant görünür.

Eyni zamanda arxada minimum 3+2 sığorta strukturu saxlamaq vacib olacaq, çünki “Dinamo” məhz “Qarabağ”ın qol axtararkən verəcəyi boşluqları gözləyəcək. 0:1 böyük fərq deyil:

Lublində “Dinamo” bu cütü taktiki olaraq bağlamadı, sadəcə, “Qarabağ”ın bir səhvi ndən daha yaxşı istifadə etdi.

Bakıdakı matçda hücumun son fazası və keçidlərdə balans düzələrsə, nəticəni çevirmək tam real görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti