Rumıniyalı legioner Azərbaycanda qalmaq istəyir, maaşı problem yaradır

19:40 Premyerliqa 196
Rumıniyalı legioner Azərbaycanda qalmaq istəyir, maaşı problem yaradır

"Şamaxı"dan ayrılan Andrey Tirkoveanu karyerasını ölkəmizdə davam etdirə bilər.

Menecerlər onun xidmətini bir neçə klubumuza təklif edib.

Siyahının başında "Zirə" gəlir.

29 yaşlı yarımmüdafiəçi özü də Azərbaycanda qalmaqda maraqlıdır.

Amma tərəflər arasında danışıqlar heç də asan keçmir.

Əsas maneə rumıniyalının yüksək maaş tələbidir.

Əgər Andrey burada qalmaqda israrlıdırsa, maaşında mütləq güzəştə getməlidir.

Orta sahə oyunçusu son 1.5 ili "Şamaxı"da keçirib. Bölgə klubunda meydana çıxdığı 35 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun "şirlər"dən ayrılmaq səbəbi də yüksək maaş tələbi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti