Azərbaycanın qızlar millisi Avropa çempionatının son turunda Norveçi məğlub etdi

10 Avqust 03:30 Basketbol 428
Azərbaycanın qızlar millisi Avropa çempionatının son turunda Norveçi məğlub etdi

Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, milli çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib.

Görüşün ən məhsuldar basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millinin üzvü Polina Şukina seçilib.

Avropa çempionatı B divizionundakı çıxışını yekunlaşdıran U-18 qız milli çempionatı 20 komanda arasında 17-ci sırada bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR