Komandamız Avropa Kubokunu 7 medalla başa vurdu

10 Avqust 03:20 Cüdo 298
Komandamız Avropa Kubokunu 7 medalla başa vurdu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Sportinfo.az xəbər verir ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.

Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.

Yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi