"Səbail" Premyer Liqada qaldı, "Şamaxı" birinci diviziona düşdü - YENİLƏNİB

27 May 2023 22:01 Premyerliqa 1 284
"Səbail" Premyer Liqada qaldı, "Şamaxı" birinci diviziona düşdü - YENİLƏNİB

Bu gün Premyer Liqada XXXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

Bu qarşılaşmaların hər biri finala bərabər olub. 4-cü yer uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ”nin oyunları fərqli nəticələrlə başa çatıb.

"Qəbələ" öz meydanında "Kəpəz"lə xalları yarı bölüb. Qazanılan bir xal Elmar Baxşıyevin yetirmələrinə 4-cü yeri tutaraq, avrokuboklara vəsiqə qazandırıb.

“Zirə” isə səfərdə "Sumqayıt"a böyühesabla qalib gəlib. Amma qazanılan 3 xal Rəşad Sadıqovun komandası üçün yetərli olmayıb.

“Qəbələ” və "Zirə" eyni - 50 xal toplasa da, şəxsi görüşlərin nəticəsinə görə, əyalət təmsilçisi 4-cü yerdə qərarlaşıb.

Günə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan iki komandanın oyunu ilə yekun vurulub. “Səbail” - “Şamaxı” matçında meydan sahiblərinə bir xal kifayət edirdisə, qonaqlar mütləq qələbə qazanmalı idilər.

Gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçən görüşün taleyini bir qol həll edib. "Səbail" Franko Mazurekin qolu sayəsində 3 xal qazanaraq, Premyer Liqadakı yerini qoruyub.

Turnir cədvəlində sonuncu yeri tutan "Şamaxı" isə reqlamentə görə, növbəti mövsümdə 1-ci divizionda mübarizə aparmalıdır.

Tura sabah keçiriləcək “Qarabağ” – “Turan Tovuz” və “Neftçi” - “Sabah” matçları ilə yekun vurulacaq.

"Sumqayıt" – "Zirə" 0:3
Qol: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Sumqayıt Arena”

"Sumqayıt": 13. Aydın Bayramov, 14. Elvin Bədəlov (k), 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 28. Nurlan Bayramov, 88. Həsrət Mürsəlov, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov

"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 32. Qismət Alıyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 96. Donald Gerye, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

"Qəbələ" – "Kəpəz" 1:1

Qollar: Əyyub Allaş, 45+4-pen. // Zamiq Əliyev, 80.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Kəpəz": 68. Orxan Sadıqlı, 80. Tural Rzayev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 21. Martins Junior
Baş məşqçi: Tərlan Əhmədov

20:00. "Səbail" – "Şamaxı" 1:0

Qollar: Franko Mazurek, 47
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.

"Şamaxı": 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Əsgərli.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!