Ronaldonun bir FOTOsu Özbəkistan futbolunun sirrini açdı - Biz niyə bacarmırıq?

21:00 Problem 230
Ronaldonun bir FOTOsu Özbəkistan futbolunun sirrini açdı - Biz niyə bacarmırıq?

Ronaldolu Portuqaliya millisi dünya çempionatında Özbəkistanı məğlub etməklə ilk qələbəsini qazandı - 2:0.

"7 nömrə"nin 2 qolla yadda qaldığı matçdan sonra yayılan 1 şəkil gündəm oldu.

Dünya ulduzu 2013-cü ildə Özbəkistanda səfərdə olub.

Yayılan foto məhz həmin vaxt paytaxtdakı futbol akademiyasında çəkilib.

İşin maraqlı tərəfi odur ki, həmin xatirə şəkilində Ronaldonun yanında yer alan 17 yaşlı Rustam Ashurmatovla Dostonbek Khamdamov 13 il sonra ona qarşı meydanda rəqib olublar.

İnkişaf budur, dostlar, qardaşlar, əzizlər.

Özümüzü əcnəbilərlə aldatmayaq.

Bir ölkənin futbolunun aynası onun millisidi...

Legioner həyatı yaşayan oyunçularıdır.

Bizim futbolun aynası qırıq-qırıqdır.

Birləşdirmək əvəzinə üstündə gəzirik.

Daha da əzirik.

Bərpa olunması mümkün olmayacaq şəkildə.

Biz də özbəklərin getdiyi yolla adımlamalıyıq.

Əsl futbol akademiyaları açılmalıdır.

Ronaldinyo kimi ulduzlar görüntü xatirinə Bakıda foto çəkdirib, danışıb getməli deyil.

Qurulan həmin akademiyalarda qonaq olmalıdır.

Fotolarda 12-13 yaşlı uşaqlar yer almalıdır.

Onlar doğru-düzgün işləməklə 10 il sonra milli komandalarımıza bəxş edilməlidir.

Təəssüf ki, yazırıq, deyirik, amma aidiyyəti adamlara "dınq" eləmir.

Allah o günü bizə nəsib eləsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti