Dörd çexiyalı “Qarabağ”a görə İslandiyaya gedəcək

27 İyun 00:50 Qarabağ 1 022
Dörd çexiyalı “Qarabağ”a görə İslandiyaya gedəcək

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Vestri” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İslandiyada baş tutacaq matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Marek Radina olacaq. Ona Kamil Hojek və Petr Katalik kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək. Tomaş Koçurek VAR, Ondrey Berka AVAR olacaq.

İyulun 16-da Reykyavikin “Trottarvollur” stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20:00 (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə