Kabo-Verde millisi tarixində ilk dəfə qatıldığı dünya çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, H qrupunun üçüncü turunda Kabo-Verde yığması ABŞ-nin Texas ştatının Hyuston şəhərində Səudiyyə Ərəbistanı ilə qolsuz heç-heçə edib.
İlk dəfə mundialda iştirak edən Kabo-Verde millisi qrup mərhələsini 3 xalla ikinci pillədə başa vurub. Komanda bundan əvvəl İspaniya ilə 0:0, Uruqvayla isə 2:2 hesablı heç-heçə etmişdi.
Qrupun lideri 7 xal toplayan İspaniya millisi olub. İspanlar son turda Uruqvayı 1:0 hesabı ilə məğlub ediblər.
Uruqvay 2 xalla üçüncü yeri tutsa da, ən yaxşı üçüncü komandalar sırasına düşə bilmədiyi üçün turnirlə vidalaşıb. Səudiyyə Ərəbistanı da 2 xal toplasa da, top fərqinə görə sonuncu yerdə qərarlaşıb.
1/16 final mərhələsində İspaniya J qrupunun ikincisi olacaq Avstriya və ya Əlcəzairlə qarşılaşacaq.
Kabo-Verde isə son dünya çempionu Argentina millisi ilə üz-üzə gələcək. Bu oyun iyulun 4-də ABŞ-nin Florida ştatının Mayami şəhərində keçiriləcək.

