“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Torpedo”su ilə keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 8-də Sumqayıtdakı görüşü finlandiyalılar idarə edəcək.
Baş hakim Yani Hüytiya yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək.
Dördüncü hakim isə Peyman Simani olacaq. Oyun 20:00-da başlayacaq.

