Bakıdakı yarışdan əvvəl burada üz-üzə gəldilər - VİDEO

27 İyun 04:00 Digər növlər 541
Bakıdakı yarışdan əvvəl burada üz-üzə gəldilər - VİDEO

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl MMA idmançıları rəqibləri ilə üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, tədbir yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutub.

Bundan əlavə, idmançılar son olaraq çəkidən də keçiblər.

"UFC Fight Night Baku" iyunun 27-də təşkil olunacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM