Kabo Verde uduzmadı, pley-offda Argentinaya rəqib oldu - DÇ-2026

27 İyun 08:20 Dünya çempionatı 1 461
Kabo Verde uduzmadı, pley-offda Argentinaya rəqib oldu - DÇ-2026

Dünya çempionatında Kabo Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb.

Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.

Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti