Ekvador dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya yığmasını 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki "MetLife" stadionunda keçirilən görüşdə Ekvadorun qollarını 9-cu dəqiqədə Nilson Anqulo və 77-ci dəqiqədə Qonsalo Plata vurublar.
Almaniya yığmasının yeganə qoluna isə oyunun 2-ci dəqiqəsində Leroy Sane imza atıb.
Bu nəticədən sonra Ekvador qrup mərhələsini 4 xalla üçüncü pillədə başa vurub və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi pley-offa yüksəlib.
Qrupu 6 xalla Almaniya və Kot-d'İvuar yığmaları ilk iki pillədə tamamlayıblar. Kurasao millisi isə 1 xalla sonuncu olub.

