Kapitan söz-söhbətlərə son qoydu - “Qarabağ”da qalacaqmı?

26 İyun 23:20 Qarabağ 3 012
Kapitan söz-söhbətlərə son qoydu - “Qarabağ”da qalacaqmı?

“Qarabağ”ın kapitanı Abdullah Zubir komandadan ayrılacağına dair iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Bu barədə 35 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Fransalı vinger bildirib ki, Qətərin “Əl Şahaniyə” klubuna keçəcəyinə dair “L`Equipe” nəşrinin xəbəri həqiqətə uyğun deyil.

O, hazırda tam diqqətini “Qarabağ”a yönəltdiyini vurğulayıb.

“Mən burada - “Qarabağ”dayam. Komandanın hazırlıq prosesində iştirak edirəm.

Avstriya toplanışında və avrokubok qarşılaşmalarında iştirak edəcəyəm. Bir sözlə, komandanı tərk etməyəcəyəm. Çünki 2027-ci ilin iyununadək bu klubla müqaviləm var”, - deyə o,bildirib.

Abdullah Zubir “Qarabağ”da 1 iyul 2018-ci ildən çıxır edir və bu müddət ərzində komandanın ən vacib oyunçularından birinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə