Tezliklə POS terminallar ləğv olunacaq?

08:10 Araşdırma 130
Tezliklə POS terminallar ləğv olunacaq?

Azərbaycan Respublikasının Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, 2025-ci ilin sonunda ölkədə POS terminalların sayı 184.220 ədəd olduğu halda, 2026-cı ilin aprel ayının sonuna bu göstərici

160.225 ədədə düşüb. Bu o deməkdir ki, POS terminalların sayı niyə 24 min ədəd azalıb.

Bank bunu belə izah edir ki, azalma əsasən mobil

POS terminallarda aktivliyin (dövriyyənin olmaması) ilə əlaqədardır. Odur ki, bank həmin məhsulun rentabelliyini qorumaq məqsədilə aprelin əvvəlində həmin terminalların fəaliyyətini dayandırıb.

Bəs belə davam edərsə, POS terminallar ümumiyyətlə ləğv oluna bilərmi?

İqtisadçı ekspert Samir Ağayev Bizim.Media-ya bildirib ki, ödəniş terminallarının sayı gələcəkdə daha da azala bilər, amma onların tamamilə ləğv olunması yaxın gələcəkdə ehtimal edilmir.

O qeyd edib ki, mobil bankçılıq və QR ödənişlərinin sürətlə yayılması, kartdan-karta köçürmələr terminal əməliyyatlarını əvəz edir: “Artıq kommunal, mobil rabitə və digər ödənişlərin əksəriyyəti bank tətbiqləri vasitəsilə edilir. Ona görə də banklar və xidmət təminatçıları fiziki terminalların saxlanması xərclərini azaltmağa çalışırlar.

Amma tamamilə ləğv olunmasından söhbət gedə bilməz.

Çünki hələ də nağd pul istifadə edən, yaşlı və ya rəqəmsal xidmətlərdən istifadə etməyən, yaxud smartfonu olmayan istifadəçilər var. Ona görə də yaxın 5–10 ildə terminalların sayının azalması mümkündür, lakin onların tam yox olması üçün bütün əhalinin rəqəmsal ödənişlərə keçməsi lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!