"Turan Tovuz" İbrahima Vadji ilə müqaviləni uzadıb.
31 yaşlı seneqallı hücumçunun yeni sözləşməsi 1+1 illikdir.
Afrikalı ötən ilin iyul ayından "Turan Tovuz"da çıxış edir. O, Tovuz təmsilçisində 30 oyuna 4 qol vurub, 2 qol ötürməsi edib.
2021-2022-ci illərdə "Qarabağ"da oynamış forvard "Turan"a Fransadan - Liqa-2 təmsilçisi "Sent Etyen"dən gəlib.
Vadji ilə yeni anlaşma son anda baş tutub. Əvvəlcə 200 min dolların üstündə illik maaş istəsə də, axırda "Turan"ın şərtləri ilə razılaşıb.
Gələn mövsüm üçün aylıq məvacibi 18 min dollara qədər azaldılıb.
Onunla şərt kəsilib ki, sezon ərzində oyunların 70 faizində iştirak edərsə, əməkhaqqı məsələsinə təkrar baxılacaq, artım olacaq.
SPORTİNFO.AZ

