“Sabah” müraciət etdi, sonra onun transferinə razılıq verdik”

13:20 Sabah 246
“Sabah” müraciət etdi, sonra onun transferinə razılıq verdik”

“Kayzer Çifs”nin (Cənubi Afrika Respublikası) idman direktoru Motaunq Jr komandanın müdafiəçisi Eyden Makkartinin “Sabah”a transferini dəyərləndirib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəsmisi bunu 22 yaşlı mərkəz müdafiəçisi üçün böyük şans hesab edib.

Eyden Makkarti “Sabah”la 3+1 illik müqavilə imzalayıb.

Onun fikrincə, Makkarti Çempionlar Liqasında özünü doğrultsa, gələcəkdə daha böyük klublarda çıxış edə bilər:

“Sabah”ın müraciətindən sonra Eydenin transferinə razılıq verdik. Onun gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq heyətdə yer almasından qürur duyuruq.

Eyden gənc və perspektivli oyunçudur. Beynəlxalq arenada özünü yaxşı tərəfdən göstərsə, daha güclü liqalarda mübarizə apara bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!