Premyer Liqadakı yerini pley-off qarşılaşması ilə qoruyan “Qəbələ” növbəti mövsümün hazırlıqlarına start verib.
Mövsüm başa çatandan sonra 8 futbolçu – Rüfət Əhmədov, İbrahim Sanqare, Turan Manafov, Murad Musayev, Adriel Ba Lua, Domi Massumo, Sambu Sissoko və Rza Cəfərovla yollarını ayıran bölgə təmsilçisi Seydina Keyta ilə başa çatan müqavilənin müddətini gələn ilin yayına qədər artırıb.
Yaxın günlərdə daha bir futbolçu “Qəbələ”ni tərk edəcək.
Bu, braziliyalı mərkəz müdafiəçisi Eduardo Kundedir.
28 yaşlı stoper ötən il imza atdığı sözləşmədə müddət 1+1 şərti ilə göstərilmişdi. Kunde nəzərdə tutulan oyun sayında meydana çıxsaydı, müqaviləsi avtomatik 1 illik yenilənəcəkdi.
“Sambaçı”nın ötən mövsüm 23 oyunda şans qazanması ilə daha 1 illik anlaşma qüvvəyə minib.
Lakin baş məşqçi Kaxaber Tsxadadze onu sərəncamında görmək istəmir. Digər tərəfdən, futbolçunun xanımı da Qəbələdə yaşamaqda maraqlı deyil.
Belə olduğu halda tərəflərin yollarının ayrılması gündəmdədir. Hazırda futbolçu ilə klub arasında danışıqlar gedir.
Kunde qüvvədə olan 1 illik sözləşmə üçün müəyyən qədər təzminat qoparmaq istəyirsə, “Qəbələ” onu pulsuz yola salmağa çalışır.
Hətta yeni iş yeri tapmağa da hazırdır. Təki getməyə razılıq versin.
Eduardo Kunde ötən mövsüm meydana çıxdığı 23 oyunda qol və assist göstəricisində heç nə ilə yadda qalmayıb.
HƏBİB / SPORTİNFO.AZ

