Əslən Azərbaycandan olan İslam İmamov “SKA-Xabarovsk”u tərk edib.
Rusiya vətəndaşına sahib qolkiper “Sabah”ın transfer siyahısında olsa da, Azərbaycana gəlişi baş tutmamışdı.
Sportinfo.az xəbər verir ki, onun yeni komandası artıq bəlli olub.
Sportal.az-a verilən məlumata görə, İmamov “Nijni Novqorod” ilə anlaşıb.
O, başa çatan mövsümü Premyer Liqada keçirən, amma yeni mövsüm I Liqada oynayacaq klubla 2+1 illik müqaviləyə qol çəkib.
25 yaşlı qapıçı “Legion Dinamo”, “Kuban Holdinq” komandalarının futbolçusu olub.

