Xarici baş məşqçi tapmasalar… Alternativ də var, iki köməkçi də

27 İyun 17:00 Gündəm 1 136
Xarici baş məşqçi tapmasalar… Alternativ də var, iki köməkçi də

«İmişli» baş məşqçi məsələsində problemlə üzləşib.

Jorj Kaşkilya ilə yeni müqavilə imzalamayan aran təmsilçisi onu bir başqa əcnəbi ilə əvəzləmək niyyətində olsa da, hələ bu istəyini gerçəkləşdirə bilməyib.

Danışıqlar aparılan ispaniyalıları bura gətirmək hazırda real görünmür. Bununla belə, funksionerlər ümidini tam üzməyib, ölkə xaricində axtarışlarına ara vermir.

Onlar işlərini ehtiyatlı tutublar. B variantı hazırdır - Fərid Namazov. Bir il qabaq komandanı Premyer Liqaya çıxarmış gənc çalışdırıcı hər an sükan arxasına keçə bilər.

Belə olarsa, ona kömək edəcək iki şəxsin də kimliyi indidən bəllidir.

Yaxınlarda «Şəfa»nın baş məşqçi postundan uzaqlaşdırılan Elgiz Kərəmli və Zamir Həsənov «İmişli»nin biraddımlığındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!