Iraq olsun, axı bu nədir belə? - DÇ-2026-dan VİDEO

27 İyun 18:20 Dünya çempionatı 699
Iraq olsun, axı bu nədir belə? - DÇ-2026-dan VİDEO

Dünya çempionatının qrup mərhələsində I qrupunun Seneqal – İraq oyunu başa çatıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Seneqal millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Afrika təmsilçisinin qollarını Habib Diarra, İsmaila Sarr, Pape Gueye və İliman Ndiaye vurublar. Pape Gueye dubla imza atıb.

İraq millisinin futbolçusu Rebin Sulaka 13-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu nəticədən sonra Seneqal I qrupunda ilk qələbəsini qazanıb. İraq isə qrup mərhələsini xalsız başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti