İspaniya millisi dünya çempionatının H qrupunun son turunda Uruqvay yığmasına 1:0 hesabı ilə qalib gələrək, pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Meksikanın Sapopan şəhərində keçirilən görüşdə yeganə qolu 42-ci dəqiqədə Aleks Baena vurub.
Qol epizodunda səhvə yol verən Uruqvay millisinin qapıçısı Fernando Muslera fasilədə Serxio Roçetlə əvəzlənib. Uruqvaylı hücumçu Aqustin Kanobbio isə əlavə vaxtın 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qrupun digər oyununda Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri qolsuz heç-heçə ediblər.
Beləliklə, İspaniya 7 xalla H qrupunun qalibi olub. Kabo-Verde 3 xalla ikinci yeri tutaraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Uruqvay və Səudiyyə Ərəbistanı isə hərəyə 2 xal toplasalar da, növbəti mərhələyə adlaya bilməyiblər.
1/16 finalda İspaniya J qrupunun ikincisi olacaq Avstriya və ya Əlcəzair millisi ilə qarşılaşacaq. Oyun iyulun 2-də ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçiriləcək.

