Ronaldo 5 uşağının adını butslarına yazdı - FOTO BURADA

26 İyun 18:40 Dünya futbolu 421
Ronaldo 5 uşağının adını butslarına yazdı - FOTO BURADA

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo dünya çempionatında daha bir maraqlı detalla diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli hücumçunun mundial matçlarında geyindiyi xüsusi dizaynlı butslarında 5 övladının adı yer alıb.

Ulduz futbolçunun ayaqqabılarının üzərinə Eva Maria, Alana Martina, Bella Esmeralda, Mateo və Kriştianu Juniorun adları həkk olunub.

Portuqaliyalı ulduz turnir çərçivəsində keçirilən son matçda dubl edərək komandasının 5:0 hesablı darmadağınına böyük töhfə verib.

Bundan əlavə, Ronaldo 6 DÇ tarixində qol vuran yeganə oyunçu olaraq rekorda imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti