“Azərbaycan klubundan mənə təklif gəldi, ölkədən çıxa bilmədim”

27 İyun 01:20 Hadisə 1 226
“Azərbaycan klubundan mənə təklif gəldi, ölkədən çıxa bilmədim”

Ukraynalı məşqçi Vladimir Mazyarın Azərbaycanda çalışmaq variantı olub.

Sportinfo.az xəbər verir ki, bunu 48 yaşlı mütəxəssis özü ölkəsinin mətbuatına açıqlamasında deyib.

Mazyar bildirib ki, Azərbaycandan bir klub rəhbərliyi tərəfindən təklif alıb:

“Menecerimlə müəyyən danışıq da aparılıb. Ora gedişim real görünürdü.

Açığı, mən özüm də xaricdə çalışmaqda maraqlıyam. Lakin Ukraynada hərbi vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə ölkədən çıxa bilmədim. Bu üzdən keçid rəsmiləşmədi”.

Vladimir Mazyar futbolçu dövründə ölkəmizdə çıxış edib. O, 2007-2009-cu illərdə Azərbaycanda “Simurq”un, 2010-cu ildə isə “Standard”ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!