Bölgə klubunda nigeriyalı yarımmüdafiəçi ilə bağlı qərar verildi

27 İyun 19:00 Kəpəz 1 398
Bölgə klubunda nigeriyalı yarımmüdafiəçi ilə bağlı qərar verildi

"Kəpəz"də qalacaq daha bir legionerin adına aydınlıq gəlib.

Olavale Onanuqa qarşıdakı mövsümü də bölgə klubunda keçirəcək.

Orta sahə oyunçusu ilə başa çatan müqavilə artırılacaq.

Yeni baş məşqçi Azər Məmmədov yarımmüdafiəçinin qalmasına qərar verib.

28 yaşlı legioner Məmmədova tanış simadır.

Onu "Kəpəz"ə ilk dəfə məhz Azər Məhəmməd 2023-cü ilin yayında gətirib.

Nigeriyalı arxada qalan müddətdə "Kəpəz" forması ilə meydana çıxdığı 60 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti