Arda Güler Türkiyənin DÇ-da 24 illik qol həsrətinə son qoydu

01:30 Türkiyə 74
Arda Güler Türkiyənin DÇ-da 24 illik qol həsrətinə son qoydu

Türkiyə dünya çempionatının D qrupunda ABŞ ilə qarşılaşıb və bu matçda tarixi an yaşanıb.

Sportinfo.az xəbər verir ki, Arda Güler 10-cu dəqiqədə vurduğu qolla Türkiyənin turnirdə 24 illik qol həsrətinə son qoyub.

Bu qol Türkiyə millisinin DÇ-lərdə son 24 ildə vurduğu ilk qol kimi qeydə alınıb. Türkiyənin turnirdə son qolu 2002-ci ildə Cənubi Koreyaya qarşı keçirilən oyunda İlhan Mansız tərəfindən vurulmuşdu.

21 yaşlı Arda Güler bu qolu ilə təkcə komandasına deyil, şəxsi karyerasına da tarixi uğur yazdırıb. O, DÇ tarixində qol vuran ən gənc türk futbolçulardan biri olub və bu göstəricidə Emre Belözoğlunu geridə qoyub.

Belözoğlu 21 yaş 275 günündə qol vurarkən, Arda Güler 21 yaş 120 günlə bu rekordu yeniləyib.

Arda Gülerin qolu həm azarkeşlər, həm də komanda üçün dönüş nöqtəsi kimi qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!