Elvin Cəfərquliyevə təklif yoxdursa... Alındı, Ayxan?

20:40 Zirə 259
Elvin Cəfərquliyevə təklif yoxdursa... Alındı, Ayxan?

Ayxan Hüseynovun “Zirə” ilə müqavilə bağladığını oxuyanda, açığı, çaşıb qaldım.

Dedim, bəlkə başqasıdır, Ayxana oxşatmışam. Səhifədən çıxıb, yenidən daxil oldum. Amma yox, özü imiş.

Ayxanın “Zirə”də nə işi var axı?

Yazılanlara və deyilənlərə inanmalı olsaydıq, milli komandaya da çağırılan futbolçunun səsi Rusiyadan, ən pis halda Türkiyədən gəlməliydi.

“Turan Tovuz”un heyətində parlaq mövsüm keçirən “11 nömrə” xarici klubların diqqətini çəkməyi bacarmışdı. Elə buna görə də Tovuz komandası ilə müqaviləni yeniləməyib ölkə hüdudlarını aşmaq həvəsinə düşmüşdü. Hər halda belə yazılırdı.

Yekunda daşlar yerinə oturdu. Cəmi bir aydan sonra məlum oldu ki, Hüseynovun adı ətrafında dolaşan klubların adları qiymətini qaldırmağa hesablanıbmış.

Ay “Vanspor” istəyir, ay “Darmştadt” təklif göndərib, ay “Ural” qapıda dayanıb... Və beləcə günlərin birində istədiyi məbləğə “Zirə” ilə müqaviləyə qol çəkdi.

Azərbaycanlı futbolçulara dünyanın normal ölkələrində tələbat yoxdur. Ölkənin ən yaxşısı Elvin Cəfərquliyevdir ki, iki aydır yaxın duran tapılmır. Futbolçu bacarıqları bir tərəfə, əksəri özünü apara bilmir. Müsahibə verəndə üç sözü bir-birinin arxasına qoşub düz-əməlli cümlə düzəldənə kimi 50 dəfə “ııı”, “uuu”, “ooo” edirlər.

Ona görə də hansısa biri Kipr çempionatına gedəndə, bu, xalq üçün bayram effekti verir. Türkiyənin 1-ci liqasından maraqlanan olanda, özümüzü futbol ölkəsinin layiqli nümayəndəsi kimi hiss edirik. 2-ci Bundesliqada ara-sıra meydana çıxanımızla qürur duyuruq.

Odur ki, Ayxanı qınamayın. “Niyə xaricə getmədin” sualını vermıəyin. “Turan Tovuz”un yerinə Konfrans Liqasında iştirak edəcək “Zirə”də nə işin var” deyib qınamayın.

Ayxanın da, Mehmanın da, Tərlanın da yeri elə Azərbaycandır, “Zirə”dir. O tərəflər bunlarlıq deyil. Önəmli olan ad reklamı idi, o da pis alınmadı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti