"Neftçi", "Qarabağ" və "Sabah"ın milli üçün təhlükə yaradan SEÇİMLƏRİ

17:00 Premyerliqa 306
"Neftçi", "Qarabağ" və "Sabah"ın milli üçün təhlükə yaradan SEÇİMLƏRİ

Klublarımızın yeni mövsümə hazırlıqları davam edir.

Son günlər artıq transfer bazarında da bir aktivlik sezilir.

Prosesləri kənardan diqqətlə izləyən biri kimi bir məqam xüsusi diqqətimi çəkir.

Həm də ciddi narahatlıq yaradır.

İddialı klublarımız kütləvi şəkildə əcnəbi oyunçuları ölkəmizə gətirməkdə maraqlıdır.

Çempion "Sabah" 3 yeni transferlə güclənib və hamısı əcnəbidir.

"Qarabağ" rəsmi olaraq 5 yeni oyunçu qoşulub. Arasında yerli yoxdur.

Rüfət Abbasovun keçidini kənara qoysaq, "Neftçi"nin digər rəsmi açıqladığı oyunçular əcnəbidir. Qeyri-rəsmi məlumatlara görə yolda olan 4 yeni transfer də gəlmələrdən qurulub.

Hə, "Şəfa", "Şamaxı" kimi autsayderlər yerli oyunçuları heyətinə qatır.

Amma razılaşaq ki, milli komandamıza oyunçu seçimləri daha çox yuxarıda adını qeyd etdiyimiz iddialı klubların üzərindən aparılır.

Orada isə nəinki seçim aparmaq, bu gedişlə milli üzvü qalmayacaq.

Ortababda oynamaq yuxarılara çıxmaq üçün trampilin olmalıdır.

Bir Abbasov xaric, ötən mövsüm böyüklərin diqqətini çəkəcək ikinci yerlinin olmaması da tam başqa biabırçılıqdır.

Həm də yaxın gələcəklə bağlı həyəcan siqnalıdır.

Qısası, pis günlər geridə qaldı, daha pis gün günlər bizi gözləyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti