Azərbaycanda tanınmış klubun adı dəyişdirildi

08:40 Basketbol 125
Azərbaycanda tanınmış klubun adı dəyişdirildi

"Abşeron Lions" basketbol klubunun adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, komanda yeni mövsümdə "Landau Lions" adı ilə mübarizə aparacaq.

Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək.

Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!