Qarabağ” Renaldo Sefasın transferi üçün “Pari NN” ə ödəniş edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı hücumçunun ruslarla müqaviləsi olduğundan, keçidin reallaşması ağdamlıları xərcə salıb.
Dəqiq rəqəm yazılmasa da, təzminatın təxminən 800-900 min avro (1,7 milyon manat) arasında olduğu qeyd edilib.
Yamaykalı “Qarabağ”la 3 illik müqavilə bağlayıb. 26 yaşlı legioner 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.
2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.
Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.

