"Qarabağ"dan ayrıldı, yeni klubu ilə 3 illik müqavilə bağladı

27 İyun 12:40 Qarabağ 1 177
"Qarabağ"dan ayrıldı, yeni klubu ilə 3 illik müqavilə bağladı

“Qarabağ”dan ayrılacağı gözlənilən Leandro Andradenin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə TaToTake nəşri məlumat yayıb.

Məlumata görə, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb.

Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 213 oyunda meydana çıxaraq 60 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM