Leandro Andrade “Qarabağ”ı tərk edib.
Bu transferlə bağlı “Polesye”nin təklifi və yarımmüdafiəçinin istəyi müsbət cavablandırılıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən legioner artıq Ukrayna təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Saytımız sözgedən keçidlə bağlı bəzi maraqlı məlumatlar əldə edib.
Məsələn, redaksiyamıza məlum olub ki, Kabo-Verde yığmasının sabiq üzvü “Polesye”yə getməkdən ötrü özünə əməlli-başlı “əl qatıb“.
Gecə-gündüz klub rəsmtlərinin baş-beynini aparıb, Azərbaycanı tərk etmək vaxtının çatdığını deyib.
İndiyədək bir çox yerdən təklif aldığını, ancaq “Qarabağ“da qalmağa üstünlük verdiyini xatırladıb, əlavə edib ki, artıq buradakı missiyasının başa çatdığını düşünür.
Ona Ukraynada müharibənin getdiyi, orada çətin həyat şərtləri altında yaşayacağı deyilib. Andrade bütün bunların onda narahatlıq yaratmadığını iddia eləyib.
Afrikalı vinger bildirib ki, “Polesye”də uzun müddət qalmağı fikirləşmir, sadəcə, Ukraynada oynamaqla Avropadan daha sərfəli təkliflər alacağını gözləyir.
SPORTİNFO.AZ

