Bir həftə əvvəl qızıl qazandı, meyiti evin həyətində aşkar edildi

27 İyun 02:40 Hadisə 622
Bir həftə əvvəl qızıl qazandı, meyiti evin həyətində aşkar edildi

Naxçıvanda yeniyetmə cüdoçu vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan MR Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yeniyetmə idmançı Vəli Əliyev iyunun 18-i cüdo üzrə Muxtar Respublika birinciliyində qızıl medal qazanıbmış.

Əldə etdiyimiz məlumata görə, hadisə iyunun 24-ü, saat 22 radələrində baş verib.

2013-cü il təvəllüdlü Vəli Elçin oğlu Əliyevin meyiti yaşadığı Naxçıvan şəhərindəki evin həyətində aşkar edilib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!