
İTV-də yayımlanan «Bol idman»ın növbəti buraxılışı efirə gedib.
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev və menecer Səbuhi Səfiyarlı verlişin qonağı olub.
Premyer Liqanın qış hazırlığı, klubların Antaylada keçdiyi təlim-məşq toplanışı, transfer çalışmaları və çempionatın 19-cu turu ətrafında müzakirələr aparılıb.
A.Şahgəldiyev son vaxtlar geniş yayılan qrip virusunun yaratdığı problemlərdən danışıb.
O, eyni zamanda, «Sabah»ın baş məşqçisi Murad Musayevin «Neftçi» ilə sabah keçiriləcək qarşılaşmanın saatıyla (19:00) bağlı narazılığına münasibət bildirib.
S.Səfiyarlı isə «Qarabağ» və «Neftçi»nin həyata keçirdiyi transferləri incələyib, bu sahədəki çətinliklərə toxunub.
Menecer qeyd edib ki, Kadi Borgesin «Krasnodar»a satılması və Şahruddin Məhəmmədəliyevin zədələnməsi Ağdam klubuna əlavə çətinliklər yaradır.
Müsahib fransalı vinger Kelin Lebonun «Neftçi»nin gücünə güc qatacağını vurğulamaqla yanaşı, Yusuf Lavalın gedişinin onun üçün gözlənilməz olmadığını vurğulayıb.
SPORTİNFO.AZ