Əhmədovun zərərli Əliyev israrır

4 Oktyabr 2022 23:00 Premyerliqa 640
Əhmədovun zərərli Əliyev israrır

Tərlan Əhmədov “Kəpəz”ə təyinatından sonra ilk qalmaqalı Rauf Əliyevlə yaşadı.

0, elə ilk məşqdəcə təcrübəli forvardı məşqdən qovmaqla yadda qalmışdı.

Bəli, uğuran aparan önəmli amillərdən biri ciddi nizam-intizamdan keçir.

Amma araşdıranda məlum olmuşdu ki, Əliyev heç də ciddi intizamsızlıqla yadda qalmayıb.

O, sadəcə gənc komanda yoldaşı Abdullahi Şuaybiyə məşqdə müəyyən iradlarını bildirmişdi. Təcrübəli futbolçunun gənc oyunçuya nələrisə nöqsan bilməsi, məsləhət verməsi əslində alqışlanası haldı.

Belə olan halda Əhmədovun addımı heç də birmənalı qarşılana bilməz.

Digər tərəfdən baş məşqçinin qərarından sonra milli komandanın sabiq üzvü mətbuata zərərli heç bir açıqmala verməyib. Ümumiyyətlə, məsələ ilə bağlı heç danışmayıb da, deyəsən.

Əksinə, başını aşağı salıb əvəzedici komandada çıxışına davam edir. Orada hətta rəsmi oyun da keçirib.

İkinci komandanın baş məşqçisi Xalid Mərdanov isə mətbuata açıqlamasında futbolçununun məşqlərə yanaşmasından, davranışından razılıq edib.

Belədə təcrübəli baş məşqçinin intizm-intizam deyib də onunla bağlı hələ yumuşaq qərar verməməsi ziyandan başqa bir şey deyil. Hər halda zəngi karyeraya sahib forvard bu mövsüm meydanda olduğu müddət kifayət qədər parlaq çıxış etməyi, komandasına faydalı ola bilməyi əyani göstərə bilmişdi.

Hələ də gec olmadan, elə yaxın günlərdə Əhmədov şəxsi eqosunu kənara qoymalı, komandanın mənafeyi naminə Rauf Əliyevi geri qaytarmalıdır.

Ki, belə təcrübəli 33 yaşlı sabiq milli üzvü varikən, 20 yaşlı nigeriyalı Şuaybiyə, 23 yaşlı gürcüstanlı Erqemlidzeyə möhtac qalmasın.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi