Premyer Liqanın bombardiri "Turan Tovuz"da baxışda

29 İyun 2022 16:40 Premyerliqa 2 342
Premyer Liqanın bombardiri "Turan Tovuz"da baxışda

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" baxışa hücumçu çağırıb.

Bu, hamımıza yaxından tanış olan Nurlan Novruzovdur.

Son olaraq ötən il "Maçhındıra"nın heyətində Nepal çempionu olan forvard qışdan sonra klubsuz qalıb.

Əgər 29 yaşlı oyunçu baxışdan uğurla keçsə, nəhayət, 5 ildən sonra yenidən yüksək liqada çıxış etmiş olacaq.

Sonuncu dəfə ölkəmizdə "Səbail"in şərəfin qoruyan Novruzov həm də "Zirə", "Bakı" və "Sumqayıt"ın da formasın geyinib. Ölkə xaricində isə Nepaldan başqa Türkiyə, Estoniya və Moldovada legioner həyatı yaşayıb.

O, 2014/15 mövsümündə "Bakı"nın heyətində 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olmağı bacarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti